Siyasi və ictimai fəallar İrandakı seçkiləri boykota çağırdı
275 tanınmış siyasi və ictimai fəal martın 1-də İranda keçiriləcək parlament seçkilərini boykota çağıran bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, bu barədə xarici medianın məlumatında bildirilib.
Bəyanat müəllifləri seçkilərin nəticələrinin əvvəldən bəlli olduğunu və formal xarakter daşıdığını qeyd ediblər:
“Xalqın ümumi hüquqları ilə ziddiyyət təşkil edən seçkilərdə iştirak etməməyi özümüzə borc bilirik”.