Bakıda avtobus qəzaya uğradı: yaralılar var - Video
Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Bakı.vs-yə istinadən xəbər verir ki, hadisə Hökməli qəsəbəsindən Sulutəpə istiqamətinə gedən yolda qeydə alınıb.
Bu zaman 156 saylı marşrut xətti üzrə hərəkət edən avtobus qəzaya düşüb.
Nəticədə 2-si uşaq olmaqla, ümumilikdə yeddi nəfər xəsarət alıb.
Həmin görüntüləri təqdim edirik: