Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı.

BUTA.TV xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı xatırladıb ki, səylərimizin nəticəsi olaraq 18 ölkə bu qanlı faciəni soyqırımı kimi tanıyıb:

“Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”.