Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Xerson şəhərində partlayışlar baş verib.

BUTA.TV xəbər verir ki, bunu Ukraynanın Xerson hərbi administrasiyasının rəhbəri Roman Mroçko bildirib.

“Şəhərin mərkəzində bir neçə partlayış baş verib", - o bildirib. Lakin partlayışların təfərrüatı barədə danışmayıb.

Məlumata görə, bölgədə hava hücumu xəbərdarlığı elan edilməyib.