Gürcüstana gələn təyyarə məcburi eniş etdi
Memmingendən (Almaniya) Kutaisiyə (Gürcüstan) uçan “Vizz Air” təyyarəsi Rumıniyanın Kluj-Napoka şəhərinin hava limanına məcburi eniş edib.
BUTA.TV xəbər verir ki, bu barədə “FlightRadar” xidmətinin məlumatında deyilir.
Belə ki, məcburi enişə səbəb kimi sərnişinlər arasında münaqişənin baş verməsi göstərilib.
İddiala görə, Gürcüstan və Rusiyadan olan sərnişinlər arasında dava düşüb. Enişdən sonra münaqişə iştirakçıları polisin köməyi ilə təyyarədən çıxarılıb.