Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.

BUTA.TV xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi X hesabında yazıb.

"Soçidə Rusiya Prezidenti Vladimir Putinlə nüvə təhlükəsizliyi, Zaporojye AES-in təhlükəsizliyi və nüvə silahının yayılmaması üzrə mühüm müzakirə apardıq", - Qrossi qeyd edib.

Qeyd edək ki, Qrossi ötən gün Soçiyə səfər edib.