Martın 6-da Rusiyanın Odessanın liman infrastrukturuna raket hücumu nəticəsində 5 nəfər həlak olub.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk məlumat verib.

"Düşmən şəhərin liman infrastrukturunu vurub. Ölənlərin sayı 5 nəfərdir. Yaralıların sayı dəqiqləşdirilir", - Pletençuk bildirib.

Qeyd edək ki, daha öncə Zelenski və Miçotakis Odessaya raket hücumu barədə məlumat verib.