Bakıda motosikleti təhlükəli sürən sürücü saxlanıldı
Bakı ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə BUTA.TV-a Bakı şəhər DYPİ-dən bildirilib.
Tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.
Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.