Prezident Vladimir Putinə Rusiyada benzin çatışmazlığı ilə bağlı internetdə hər hansı məlumatın dərc edilməsini qadağan etməsi üçün çağırış edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Kremlə yaxın Teleqram kanalları məlumat yayıb.

“Bir qrup deputat və hökumət nümayəndəsi prezidentə şəxsən müraciət edərək, yanacaqla bağlı vəziyyətə dair rəsmi məlumatlardan başqa hər hansı məlumatın onlayn dərc edilməsinə təcili qadağa qoyulmasını xahiş edib. Bu addım o cümlədən Sankt-Peterburqda da müşahidə olunan yanacaq böhranının daha da kəskinləşməsi səbəbindən atılıb”, - məlumatda qeyd olunub.