Səudiyyə Ərəbistanı Liqasının 7-ci turunda “Əl-Hilal”ın “Əl-Taavun”u 6:0 hesabı ilə darmadağın etdiyi matçda portuqaliyalı yarımmüdafiəçi Ruben Neveşə qarşı böyük hörmətsizlik edilib.

BUTA.TV” xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

Nəşr yazır ki, keçirilən qarşılaşma zamanı meydan sahiblərinin azarkeşləri Ruben Neveşi təhrik etmək üçün ötən il İspaniyanın Sernadilla bölgəsində dəhşətli yol qəzasında həlak olan yaxın dostu, “Liverpul”un mərhum ulduzu Dioqo Jotanın adını tempə salaraq qışqırmağa başlayıblar.

Səudiyyəli insayder Əziz Əl-Dahmaşinin “X” sosial şəbəkəsində paylaşdığı görüntülərdə portuqaliyalı futbolçunun bu təxribata kəskin reaksiya verdiyi görünür. Tribunalara tərəf yönələn Neveş əli ilə səmanı göstərərək azarkeşlərə “Allah sizi görür” sözləri ilə cavab verib.

Qeyd edək ki, Ruben Neveş və Dioqo Jota “Portu”, “Vulverhempton” və Portuqaliya milli komandasında birgə çıxış edərək illərlə sıx dostluq münasibətlərini saxlayıblar. Neveş daha əvvəl dəfələrlə sabiq komanda yoldaşının faciəvi itkisindən dərin kədər duyduğunu dilə gətirmişdi.