İran Rusiyadan bu dronların tədarükünü xahiş edib
İran İsrail və ABŞ-a qarşı müharibədə istifadə etmək məqsədilə Rusiyadan yeni reaktiv mühərrikli "Geran-4" və "Geran-5" dronlarını tədarük etməyi xahiş edib.
BUTA.TV xəbər verir ki, bu barədə "Faynənşl Times" mənbələrə istinadla məlumat yayıb.
“Rusiyanın dron imkanları o qədər təkmilləşib ki, Tehran bu il İsrail və ABŞ ilə müharibədə istifadə üçün qabaqcıl “Geran” dronlarının təmin edilməsi xahişi ilə Moskvaya müraciət edib.
Rusiyanın yeni "Geran-4" və "Geran-5" dronları Ukraynadakı münaqişədə hava döyüşlərinin gedişatını dəyişdirib”, - məlumatda qeyd olunub.