Lənkəranda itkin kimi axtarılan iki nəfərin meyiti tapılıb.

BUTA.TV xəbər verir ki, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.

Məlumata görə, bir neçə gündür ailə üzvləri tərəfindən axtarılan 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyiti Lənkəranda "İbadi" deyilən meşəlik ərazidə aşkarlanıb.

Hazırda hər iki şəxsin ölüm səbəbləri araşdırılır.

Meyiti tapılan şəxslərin qohum olduqları bildirilir.