ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO ölkələrinə hücum planlaşdırmadığına əminliyini ifadə edib.

BUTA.TV xəbər verir ki, o bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Mənim onunla yaxşı danışıqlarım olub. O, NATO ərazisinə hücum etməyəcək", - ABŞ lideri Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutaraq bildirib.