14 il Ankarada Gazi Universitetində işlə, Türkiyə Prezidenti Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində araşdırma apar, Quran kitabını həm Azərbaycan, həm də rus dilinə çevirən tək mütərcim ol, "Ermənilər və Həqiqətlər - sənədlərdə" mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yaz, üstəlik, buna görə ölümlə hədələn, türk dövləti tərəfindən xüsusi qorunmaya alın, tam təhlükəsiz olmağın üçün Vətənə - Azərbaycana qayıt, nəhayət, 17 il kirayədə ömür sür və axırda da küçədə qal, sənə sahib çıxan olmasın!
Faciədir, deyilmi?
Gəlin, bunu özümüzə birdəfəlik etiraf edək. Bu, təkcə hansısa qurumun yox, toplumun, hamımızın problemidir. Belə olmamalıydı, heç olmamalıydı.
Əlisa Nicat kimi ziyalının qışda qazı kəsilib, soyuqdan qalmasının ardınca Fazil İsmayılovun küçədə yatması bir cəmiyyət üçün utancdır.
Çünki bizim cəmiyyətdə pullu kişilər şəhərin ən gözəl yerində “mavi”yə ev bağışlayır;
Çünki bizim cəmiyyətdə pullu kişilər ən düşük müğənnilərə “sərmayə” yatırır;
Çünki bizim cəmiyyətdə pullu kişilər səsdən, sənətdən başqa “hər şeyi olanlara” pul xərcləyirlər: saatına 10 min, 20 min verib, toya, ad gününə, qəndsındıya aparırlar;
Çünki bizim cəmiyyətdə ən düşük “sənətciklərə” maşın bağışlanır...
Bu ölkədə ən savadsız həkim, ən primitiv müğənni, ən mənasız aparıcı populyardır – çünki onların auditoriyası var, reklam olunurlar;
Bu ölkədə “mavi” yaxşı dolanır, dodağını silkonlaşdırıb, burnunu əməliyyat etdirən “kişilər”ə qapılar açılır;
Bu ölkədə Tiktokda həyasızlıq edənə, xaricdə oturub, eybəcər-eybəcər söyüşlər söyənlərə “şir” atılır, para göndərilir...
Bu ölkədə alimə, elmə nə vaxt qiymət qoyuldu ki!
Bu ölkədə bir alimin ciddi elmi araşdırması üçün sponsorluq edən bir nəfər göstərə bilərsinizmi?
Bu ölkədə milli dava, erməni yalanlarını ifşa üçün dünyanın müxtəlif ölkələrindəki arxivlərə getməyə çalışan alimlərin xərclərini qarşılayan bir şəxs tanıyırsınızmı?
Bu ölkədə söysək də, qışqırsaq da – elə alimi pis-yaxşı dəstəkləyən AMEA-dır, Təhsil Nazirliyidir. Bunlardan kənarda hər şey tiktokerindir, bədənini çöldə qoyanlarındır, bozbaş müğənnilərinindir.
Efirdə düşüklüyü yaşadan da sizsiniz, “mavi”ni başa keçirən də, özünü çöldə qoyanı villada yaşadan da...
Kitablarını, arxivini “yiyəsiz” qoymamaq üçün 77 yaşlı professorun onların yanında, küçədə yatmasını anlamayan da sizsiniz, elmə qiymət verməyən də!
Siz şad gününüzdə, bəd gününüzdə, istənilən gününüzdə alim sözünə yox, “mavi” “performansına” meyil edənsiniz, çünki gününüz budur.
Sizin gününüz bu olduğu üçün alimin də günü odur!
Allaha da inamınız yoxdur. Bəs, alim mürəkkəbi şəhid qanından üstün idi? Bəs bir saat elmlə məşğul olmaq 60 illik ibadətdən üstün idi?
Noldu, hacişkalar? Hərəniz bir “mamlımatan” saxlayırsınız, Peyğəmbərin göstərdiyi yolla gedənlər isə küçələrdə yatır.
Sizə nə deyim axı...
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…