Ermənistanın Baş naziri Nikol Paşinyanın aylıq maaşı kəskin şəkildə artırılıb.

BUTA.TV xəbər verir ki, Ermənistan hökumətinin qərarına əsasən, N.Paşinyan bundan sonra 2 milyon 662 min dram (7,3 min dollar) aylıq məvacib alacaq.

Bu, Paşinyanın hazırkı maaşının (1 milyon 498 min dram/3,9 min dollar) 80% artması deməkdir.

N.Paşinyanla bərabər, nazir və nazir müavinlərinin maaşı da artıb.