ABŞ Prezidenti Donald Tramp Amerika tərəfinin Yəməndəki husilərlə əlaqə saxladığını açıqlayıb.

BUTA.TV xəbər verir ki, Tramp “NyusNation”a müsahibəsində ABŞ-ın husilərlə danışıqlar apardığını bildirib.

“Biz husilərlə müzakirələr aparırıq və onlar razılığa gələ biləcəyimizi görmək istəyirlər”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.

Qeyd edək ki, ötən həftə husilər Yəmən hökumət qüvvələrinə qarşı hücuma keçərək ölkənin Qırmızı dəniz sahil xəttinin böyük hissəsinə, eləcə də Bab əl-Məndəb boğazına bitişik ərazilərə nəzarəti ələ keçiriblər.