Tramp bu telekanallara qadağa tətbiq etdi
Administrasiya haqqında yalan məlumat yaydıqlarına görə, CNN, MS NOW telekanalları və “Politiko” nəşrinin jurnalistlərinin Ağ Evə girişi qadağan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
"Fəxrlə elan edirəm ki, yalançı CNN, MS NOW (əvvəlki MSNBC) və “Politiko” kanallarının daim saxta xəbərlər yaydıqlarına görə, Ağ Evə giriş icazəsini dərhal ləğv edirəm. Media orqanlarına Amerika Birləşmiş Ştatları Prezidenti, Tramp administrasiyası və ya Amerika Birləşmiş Ştatları haqqında məlumat verərkən davamlı olaraq yalan və böhtanlar yaymağa icazə verilməməlidir. Digər media orqanları da buna riayət etməlidir", - deyə Ağ Ev rəhbəri bildirib.