Sumqayıt şəhəri ərazisində təkəri yerində olmayan qəzalı yük avtomobilinin nəqliyyatın intensiv hərəkət etdiyi yolda yedəyə alınaraq təhlükəli üsulla daşınması ilə bağlı sosial mediada yayılan videogörüntü Baş Dövlət Yol Polisi (DYP) İdarəsində araşdırılıb.
İdarədən BUTA.TV-a verilən məlumata görə, nasaz avtomobillə yol örtüyünü yararsız hala salmaqla yanaşı digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, eləcə də nasaz avtomobili yedəyə alaraq təhlükəli üsulla daşıyan sürücülər müəyyən olunub və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.
“Üzləşdiyi problemi başqalarına təhlükə yaratmaqla aradan qaldırmağa çalışan ZİL sürücüsünün bir daha bu kimi əməllər törətməyəcəyinə dair verdiyi vədə əməl edəcəyinə ümid edir və ictimai qınağa səbəb olan belə halların digər sürücülər tərəfindən təkrarlanmayacağına inanırıq”, - məlumatda qeyd edilib.
- Prezidentin qızına xəyanətini qəzetdə elan vermişdi - 644 milyon ödəyəcək
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Cəlilabadda park tikintisində nələr tapıldı?
- Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü
- Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı
- Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar