Bakıda Oktyabr küçəsi - Sovet ənənəsini yaşadırıq?

21:33 - 24 İyul 2026 - GÜNDƏM

 Bakıda Oktyabr küçəsi - Sovet ənənəsini yaşadırıq?

Sabunçu rayonunun Zabrat qəsəbəsində küçələrdən birinin “Oktyabr” adlanması müzakirələrə səbəb olub. “Oktyabr” sözünün Sosialist İnqilabı ilə (Oktyabr İnqilabı) bağlı olması müzakirələrin əsas predmetinə çevrilib.

Bakı Şəhər İcra Hakimiyyətindən BUTA.TV-ın sorğusuna cavab olaraq bildirilib ki, Zabrat qəsəbəsindəki Oktyabr küçəsinin “Böyük Oktyabr Sosialist İnqilabı”na heç bir aidiyyəti yoxdur.

Qeyd edilib ki, küçənin adı “Oktyabr” deyil, “18 Oktyabr”dır və bu da Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu günlə (18 oktyabr 1991-ci il) bağlıdır.

“Bəzi xəbərlərdə küçənin “18 Oktyabr” əvəzinə “Oktyabr” kimi göstərilməsi sadəcə yanlışlıqdır”, - məlumatda vurğulanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol