44 günlük Vətən müharibəsində oğlunu itirən ana bu dəfə digər övladının yaşaması üçün böyük fədakarlıq edib.
BUTA.TV xəbər verir ki, bu barədə həkim-cərrah Eldar Əhmədov sosial şəbəkə hesabında paylaşım edib.
Həkimin sözlərinə əsasən, Gülşən xanım xroniki böyrək çatışmazlığından əziyyət çəkən qızına donor olub. O bildirib ki, üç gün əvvəl həyata keçirilən böyrək transplantasiya əməliyyatı uğurla başa çatıb.
“Kreatinin dəyəri 5.6 mqldl-dən 0.96 mq/dl-ə qədər düşdü. Özlərini yaxşı hiss edirlər. Müalicəsi davam edir. Allah şəfa versin. Əməyi keçən hər kəsə təşəkkür”, - deyə həkim qeyd edib.
- 33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu
- Türkiyədə əməliyyat: Azərbaycan vətəndaşı saxlanıldı
- DİM bu imtahanın nəticələrini elan etdi
- Oğlunu şəhid verən ana qızına həyat verdi
- DOST xidmətləri artıq İmişlidə
- 8 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olundu
- Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
- Xətai rayonunda dəniz mənzərəli hazır mənzil haradan almaq olar?