İtkin düşən Salyan sakininin Kürün sahilində meyiti tapıldı

10:24 - 5 Aprel 2024 - GÜNDƏM

 İtkin düşən Salyan sakininin Kürün sahilində meyiti tapıldı

Kür çayının Neftçala rayonu Ərəbqardaşbəyli kəndindən keçən hissəsində çayın sahilində naməlum kişi meyiti tapılıb.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, ilkin araşdırma zamanı naməlum kişi meyitinin - 1957-ci il təvəllüdlü Salyan şəhər sakini Hüseyn İsrafil oğlu Süleymanov olduğu müəyyən edilib.

Bildirilib ki, H.Süleymanov 02.03.2024-cü il tarixdə yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşdüyü üçün, barəsində Salyan RPŞ-də 13.03.2024-cü il tarixdə axtarış işi açılıb.

H.Süleymanovun uzun müddət vərəm xəstəliyindən əziyyət çəkməsi müəyyən edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol