Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilib.
BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin hakimləri Mirbahəddin Mirdamət oğlu Hüseynov və Afiq Hüseyn oğlu Hüseynzadə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib.
Qeyd edək ki, Mirbahəddin Mirdamət oğlu Hüseynov Gəncə Apellyasiya Məhkəməsinin sədridir.
Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Rza oğlu Quliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.
Lətifə Məhyəddin qızı Məmmədova da vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.
- Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video
- Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı
- “Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
- Kamran Əliyev ABŞ-da
- Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi
- Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi
- İraqlı nazir Azərbaycana gəldi
- Prezidentdən qərar: Yeni qanun layihəsi hazırlanır