Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ərazidə POMZ-2M tipli piyada əleyhinə minaların məftil çəkmə üsulu ilə qurulduğu müəyyən edilib.
Nazirlikdən qeyd olunub ki, bu tip minalar dairəvi şəkildə məhvetmə radiusuna malikdir və üzərindəki qəlpələrin parçalanması ilə ciddi fəsadlar yaradır.
Mülki şəxslərə və hərbi qulluqçulara qarşı təxribat törətmək məqsədilə qurulan minalar Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə zərərsizləşdirilib və ərazidən götürülüb.
Məlumata görə, azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.
- Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı
- “Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
- Kamran Əliyev ABŞ-da
- Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi
- Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi
- İraqlı nazir Azərbaycana gəldi
- Prezidentdən qərar: Yeni qanun layihəsi hazırlanır
- Ağdərə sakini minaya düşdü