AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 1000 manat cərimələyib.
BUTA.TV xəbər verir ki, buna Ağdam təmsilçisinin azarkeşlərinin "Neftçi" ilə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda rəqib futbolçuları təhqir etməsi səbəb olub.
Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün paytaxt klubu 800 manat ödəyəcək. Bundan əlavə, "ağ-qaralar" 4 oyunçunun sarı vərəqə almasına görə 700 manat ödəyəcək.
Qeyd edək ki, matç "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə bitib.
Əlavə edək ki, azarkeşlərin təhqir etdiyi futbolçular sırasında Qara Qarayev də olub.
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Cəlilabadda park tikintisində nələr tapıldı?
- Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü
- Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı
- Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar
- Bakıda Oktyabr küçəsi - Sovet ənənəsini yaşadırıq?