Azərbaycanın tamblinq yığması Avropa çempionu titulunu qazanıb.
BUTA.TV İdman.biz-ə istinadən xəbər verir ki, gimnastlarımız bu uğura Portuqaliyanın Gimaraynş şəhərində keçirilən qitə çempionatında nail olublar.
Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət milli komanda yarışında bütün rəqiblərindən güclü olub. Yığma Böyük Britaniya, Danimarka kimi güclü rəqibləri arxada qoyub.
Qeyd edək ki, Azərbaycan tamblinq komandası ötən il Birminhemdə keçirilən dünya çempionatının da qalibi olub.
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Cəlilabadda park tikintisində nələr tapıldı?
- Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü
- Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı
- Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar
- Bakıda Oktyabr küçəsi - Sovet ənənəsini yaşadırıq?