Qadın millimiz Macarıstanla bərabərliyə razılaşdı

22:58 - 5 Aprel 2024 - GÜNDƏM

 Qadın millimiz Macarıstanla bərabərliyə razılaşdı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

BUTA.TV xəbər verir ki, B Liqasının I qrupunda mübarizə aparan yığma səfərdə Macarıstanla qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hesabı 44-cü dəqiqədə Henrietta Çizar açıb. Millimizin heyətində 74-cü dəqiqədə Sevinc Cəfərzadə penaltidə fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da doğma meydanda İsveçrəni qəbul edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol