Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna dəyişiklik edilib.
BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
Dəyişikliklə “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nun 2-ci və 4-cü hissələri ləğv edilib.
Belə ki, qurumun Repatriasiya departamenti və Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamenti ləğv olunub.
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Cəlilabadda park tikintisində nələr tapıldı?
- Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü
- Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı
- Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar
- Bakıda Oktyabr küçəsi - Sovet ənənəsini yaşadırıq?