"Bayraqdar" KALKAN DİHA-nın yeni görüntüləri - Video

22:48 - 7 Aprel 2024 - GÜNDƏM

“Bayraqdar” KALKAN DİHA (Şaquli Eniş və Kalkış Pilotsuz Uçuş Aparatı) 30-cu uçuş - testini uğurla başa vurub.

BUTA.TV xəbər verir ki, bu barədə “Baykar” İdarə Heyətini sədri Səlcuq Bayraqdar sosial şəbəkə səhifəsində yazıb.

Kəşfiyyat və izləmə fəaliyyətləri həyata keçirə bilən “Bayraqdar” KALKAN DİHA sınaq çərçivəsində 14.500 fut yüksəkliyə qalxaraq 70 saatlıq müvəffəqiyyətli uçuş müddətini geridə qoyub.

Avtomatik marşrut izləmə, hədəf izləmə, halqa atəşi və evə qayıtma rejimlərini yerinə yetirə bilən Bayraktar KALKAN DİHA, uçuş testini Baykar tərəfindən tamamilə milli və yerli olaraq hazırlanmış Baykar BG-160 kamerası ilə həyata keçirib.

Bayraktar KALKAN DİHA, termal görüntüləmə qabiliyyətinə malik olan Baykar BG-160 Elektro-Optik Sistemi sayəsində gecə saatlarında da yüksək keyfiyyətli şəkillər çəkə bilir.

Milli DİHA gecə-gündüz kəşfiyyat, müşahidə və hədəf aşkarlama missiyalarını uğurla yerinə yetirə bilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol