Pakistanda bombalı hücum: ölü və yaralılar var

01:30 - 8 Aprel 2024 - GÜNDƏM

 Pakistanda bombalı hücum: ölü və yaralılar var

Pakistanın cənub-qərbində bomba yüklü motosikletin partlaması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

BUTA.TV xəbər verir ki, bu barədə AP polisə istinadən məlumat yayıb.

Partlayış əyalətin paytaxtı Kvetta ilə qonşu Sind əyalətinin Karaçi liman şəhərini birləşdirən əsas magistral yolda yerləşən Xuzdarda baş verib.

Yerli polis komissarının müavini Məhəmməd Arif Zarkon yaralananlar arasında bir qadın və iki polisin olduğunu bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol