Bakıda piyada svetoforunun düyməsi sındırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, naməlum şəxs və ya şəxslər Bibiheybət yolu, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin qarşısında yerləşən 1 ədəd piyada svetoforunun düyməsini sındırıblar:
"Nəticədə də svetofor işləmədiyindən piyadalar yolu keçməkdə çətinlik çəkirlər. Problemin qısa zaman ərzində həll edilməsi üçün tədbirlər görülür. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi xatırladır ki, dövlət əmlakının qəsdən məhv edilməsi və zədələnməsi müvafiq olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır".
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü
- Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı
- Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar
- Bakıda Oktyabr küçəsi - Sovet ənənəsini yaşadırıq?
- Zakir Həsənov Pakistana başsağlığı verdi
- “Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
- Üçüncü qeyri-rəsmi Şamaxı toplantısı keçirildi