Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir.
BUTA.TV xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Belçikanın paytaxtı Brüsseldə Ermənistan, ABŞ və Avropa İttifaqının üçtərəfli görüşünə münasibət bildirərkən deyib.
O vurğulayıb ki, Qafqazda sülh və sabitliyin bərqərar olması üçün regional əməkdaşlıq vacibdir.
“İqtisadi əməkdaşlığın gücləndirilməsi və kommunikasiyaların genişləndirilməsi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasında və iqtisadi inkişafda təsirli rol oynayır və bu baxımdan regional strukturların imkanlarından, o cümlədən mübahisələrin sülh yolu ilə həlli, sülh və sabitliyi möhkəmləndirmək və qarşılıqlı fayda əsasında əməkdaşlığı gücləndirmək üçün “3+3” mexanizmindən yararlanmaq lazımdır”, – diplomat qeyd edib.
- Üçüncü qeyri-rəsmi Şamaxı toplantısı keçirildi
- "Speys"dən açıqlama: Məsuliyyət onun üzərinə düşür!
- Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət...
- Nazirliyin meşə yanğınları ilə bağlı - Müraciəti
- Vaxtı bitmiş içkilərə "yeni tarix" qoydular - Video
- Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi - Video
- 33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu
- Türkiyədə əməliyyat: Azərbaycan vətəndaşı saxlanıldı