Dünyanın ən nüfuzlu fiziklərindən biri, sonradan onun adını daşıyan hissəciyi nəzəri olaraq qabaqcadan xəbər vermiş britaniyalı Piter Hiqqs 94 yaşında vəfat edib.
Kult.az Report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Edinburq Universitetinin mətbuat xidməti məlumat yayıb.
Ali təhsil ocağı onun bir gün əvvəl, bazar ertəsi öldüyü açıqlayıb.
Universitetin məlumatında qeyd edilib ki, parlaq alimin dünyagörüşü və təxəyyülü “ətrafımızdakı dünya haqqında biliklərimizi zənginləşdirib”.
Xatırladaq ki, 2013-cü ildə fizika sahəsində Nobel mükafatına Hiqqs bozonu nəzəriyyəsini irəli sürmüş elmi qrup təmsilçiləri olan britaniyalı Piter Hiqqs və belçikalı Fransua Enqler layiq görülüblər.
Bu alimlər 1960-cı illərdə maddədə kütlənin əmələ gəlmə mexanizmini izah edən nəzəriyyəni işləyib hazırlamışdılar. Həmin nəzəriyyə 2012-ci ildə aşkar olunmuş Hiqqs bozonu hissəciyinin mövcudluğu ehtimalına söykənib. Hiqqs bozonu ötən il İsveçrədə CERN elmi mərkəzində quraşdırılmış Böyük Adron Kollayderində aşkar edilib.
- Ağır il gəlir: Bakı ilə bir millimetrlik etimad...
- Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?
- Azərbaycanda yanacaq bahalaşacaq, yoxsa ucuzlaşacaq?
- AZAL təyyarəsi qəzaya düşmədən öncə... - Yeni video
- Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı