AZAL Qroznıya müntəzəm reyslərə başlayır - Bu tarixdən

13:22 - 10 Aprel 2024 - GÜNDƏM

 AZAL Qroznıya müntəzəm reyslərə başlayır - Bu tarixdən

Azərbaycanın milli aviadaşıyıcısı Azərbaycan Hava Yolları QSC (AZAL) marşrut şəbəkəsini genişləndirməyə davam edir.

AZAL-dan BUTA.TV-a verilən məlumata görə, aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzəm reyslər yerinə yetirməyə başlayacaq.

Bakıdan Qroznı şəhərinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə — çərşənbə və bazar günləri həyata keçiriləcək.

Qroznı zəngin mədəni irsi ilə səyahətçiləri cəlb edir. Yeni marşrutun açılması sərnişinlərə yeni səyahət və işgüzar səfər imkanları təqdim edərək iki şəhər arasındakı əlaqələri gücləndirəcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol