Kobaxidze Cümə məscidini ziyarət etdi - Foto

16:12 - 10 Aprel 2024 - GÜNDƏM

 Kobaxidze Cümə məscidini ziyarət etdi - Foto

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ramazan bayramı münasibətilə paytaxt Tiflisdə yerləşən Cümə məscidini ziyarət edib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, o, bayram münasibətilə müsəlmanlara təbriklərini çatdırıb.

Hökumət başçısı Gürcüstanda tarixən müxtəlif etnik və dini mənsubiyyətə məxsus insanların birgə, dinc şəraitdə yaşadığını söyləyib.

İ.Kobaxidze Gürcüstanın müsəlman icmasının ölkənin inkişafına böyük töhfə verdiyini vurğulayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Ramazan bayramı münasibətilə təşkil edilmiş mərasimdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Faiq Quliyev, Ali Kaan Orbay, diplomatlar, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol