Bəzi kəndlərdə kirayə evlər kəskin bahalaşdı - Video

01:10 - 11 Aprel 2024 - GÜNDƏM

 Bəzi kəndlərdə kirayə evlər kəskin bahalaşdı - Video

Azərbaycanın bəzi rayonlarının kəndlərində kirayə evlərin qiyməti kəskin bahalaşıb. Bir müddət əvvəl 150 manata kirayə verilən evlər indi 400 manata təklif edilir.

BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, artıq dörd ilə yaxındır ki, Qarabağda sürətli quruculuq işləri görülür. İşğaldan azad olunmuş ərazilərdə bu müddət ərzində xeyli tikinti işləri görülüb, minlərlə yeni iş yeri yaradılıb.

İş üçün həmin ərazilərə gedən insanlar da ən yaxın kəndlərdən kirayə ev tuturlar. Tələbin çox olması isə qiymətləri iki-üç dəfə artırıb.

Bölgələrdə fəaliyyət göstərən rieltorlar deyiblər ki, kirayə verilən evlər orta şəraitli kənd evləridir. Ailəli şəxslər üçün verilən evlərlə subaylara verilən evlər arasında fərq var. Hətta evdə bir neçə nəfər qalırsa, əlavə şəxsə görə də pul ödənir.
Rieltorların sözlərinə görə, tələbin çox olduğu ərazilər Füzulinin Horadiz və Ağdamın Quzanlı qəsəbəsi, eləcə də Tərtərin Poladlı və Evoğlu kəndləridir.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Ətraflı süjetdə:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol