Müğənni Cavanşir Məmmədov yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib.
Kult.az xəbər verir ki, bu barədə Oxu.az-a Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.
T.Nəsirli qeyd edib ki, C.Məmmədovun yol hərəkəti qaydalarını pozmasını əks etdirən videogörüntüsü ilə əlaqədar olaraq barəsində qanunamüvafiq tədbir görülüb.
Xatırladaq ki, C.Məmmədov retro avtomobilini idarə edən zaman təhlükəsizlik kəmərini taxmayıb və sükan arxasında telefonla danışıb. Müğənninin bu hərəkəti sosial şəbəkələrdə qınaq hədəfinə tuş gəlib və tənqid edilib.
- Nazirliyin meşə yanğınları ilə bağlı - Müraciəti
- Vaxtı bitmiş içkilərə "yeni tarix" qoydular - Video
- Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi - Video
- 33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu
- Türkiyədə əməliyyat: Azərbaycan vətəndaşı saxlanıldı
- DİM bu imtahanın nəticələrini elan etdi
- Oğlunu şəhid verən ana qızına həyat verdi
- DOST xidmətləri artıq İmişlidə