Xarkov raket atəşinə tutuldu: əhaliyə xəbərdarlıq edildi

17:00 - 11 Aprel 2024 - GÜNDƏM

 Xarkov raket atəşinə tutuldu: əhaliyə xəbərdarlıq edildi

Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə növbəti dəfə raket zərbələri endirib, şəhərdə yenidən partlayış səsləri eşidilib.

BUTA.TV xəbər verir ki, bu gün günortadan sonra Rusiya ordusu Xarkovu raket atəşinə tutub. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Şəhər meri İqor Terexov növbəti dəfə partlayışlar barədə məlumat verib və insanları diqqətli olmağa çağırıb.

Şəhərdə növbəti dəfə hava hücumu xəbərdarlığı elan edilib. Xarkov metrosu gün ərzində ikinci dəfə fəaliyyətini dayandırıb.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol