Vyetnam məhkəməsi “Van Thinh Phat” şirkətinin rəhbəri xanım Çionq Mi Lanı fırıldaqçılıqda, bankçılıq qaydalarını pozmaqda və rüşvət verməkdə təqsirli bilərək ölüm cəzasına məhkum edib.
BUTA.TV Vyetnam mediasına istinadən xəbər verir ki, Hoşimin Şəhər Məhkəməsinin qərarına görə, Çionq Mi Lanın saxta sövdələşmələrlə və sənədlərlə Sayqon Kommersiya Bankına 677 trilyon Vyetnam donq (27 milyard ABŞ dolları) ziyan vurub. Məhkəmə onun banka 673,8 trilyon donq kompensasiya ödəməsinə də qərar verib.
Bildirilir ki, “Van Thinh Phat” şirkətinin rəhbəri hökumətin Sayqon Kommersiya Bankının restrukturizasiya planı çərçivəsində 2 kreditorunun birləşməsindən sonra bankdan külli miqdarda pul əldə edib. Çionq Mi Lan digər şəxslər vasitəsi ilə bankın səhmlərinin 91,5 faizinə nəzarəti ələ keçirdikdən sonra bankın rəhbərliyinə “Van Thinh Phat” şirkətinin törəmə firmalarına kredit verməyi əmr edib. Bu yolla 2012-2022-ci illərdə təxminən 2 500 kreditləşmə həyata keçirilib. Çionq Mi Lan saxta əməliyyatları ört-basdır etmək üçün Vyetnam Mərkəzi Bankının müfəttişinə 5,2 milyon dollar, onun rəhbərinə isə 300 min dollar rüşvət verib.
Qeyd edək ki, Hoşimin Şəhər Məhkəməsi Çionq Mi Lanın əri, honkonqlu daşınmaz əmlak maqnatı Erik Çunu də həmin məsələdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.
- Nazirliyin meşə yanğınları ilə bağlı - Müraciəti
- Vaxtı bitmiş içkilərə "yeni tarix" qoydular - Video
- Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi - Video
- 33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu
- Türkiyədə əməliyyat: Azərbaycan vətəndaşı saxlanıldı
- DİM bu imtahanın nəticələrini elan etdi
- Oğlunu şəhid verən ana qızına həyat verdi
- DOST xidmətləri artıq İmişlidə