Azərbaycan Ordusunda hərbi qulluqçuların mədəni asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı istirahəti və şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən BUTA.TV-a bildirilib ki, 2024-cü ilin fəaliyyət planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar-təşviqat qrupu hərbi hissələrdə olub, mədəni-kütləvi tədbir keçiriblər.
Mərkəzin yaradıcı heyətinin ifasında təqdim edilən konsert proqramı yüksək ovqatla qarşılanıb.
Həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar Vətən qoruyucularına çatdırılıb. Hərbi qulluqçular onlara ünvanlanmış məktubları böyük maraqla oxuyublar.
- Türkiyədə əməliyyat: Azərbaycan vətəndaşı saxlanıldı
- DİM bu imtahanın nəticələrini elan etdi
- Oğlunu şəhid verən ana qızına həyat verdi
- DOST xidmətləri artıq İmişlidə
- 8 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olundu
- Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
- Xətai rayonunda dəniz mənzərəli hazır mənzil haradan almaq olar?
- Qohumunun evinə qonaq getdi, oğurluq etdi