Valideynin övladı ilə bağlı iddiaları əsassızdır - DİN

23:54 - 11 Aprel 2024 - GÜNDƏM

 Valideynin övladı ilə bağlı iddiaları əsassızdır - DİN

Sosial şəbəkələrdə Lənkəran şəhərində yetkinlik yaşına çatmayan şəxsin narkotik vasitə aludəçisi olmasını əks etdirən iddialar yayılıb.

BUTA.TV xəbər verir ki, iddialara cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupundan Report-un sorğusuna cavab olaraq bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin narkotik istifadəçisi olması ilə bağlı ananın səsləndirdiyi iddialar əsassızdır, tibbi ekspertiza rəyi ilə təsdiqlənməyib.

2011-ci il təvəllüdlü şəxs 11 aprel 2024-cü il tarixində videoblogerin iştirakı ilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında müayinədən keçirilib. Müayinə zamanı onda hər hansı narkotik vasitə və ya psixotrop maddənin sərxoşluğu müəyyən edilməyib.

İddia Lənkəran Şəhər Rayon Polis Şöbəsində tam və hərtərəfli araşdırılıb. Müəyyən edilib ki, vətəndaşın bəlli şəxs tərəfindən övladına narkotik verilməsi ilə bağlı iddiaları qərəzlidir, şəxsi mülahizələrdir, belə hal baş verməyib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol