Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Ermənistana sabahkı səfərinin heç də “adi səfər” olmayacağı bildirilir.
BUTA.TV xəbər verir ki, Tokayev özü erməni mediasına müsahibəsində əlaqələri genişləndirmək əzmində olduqlarını, Vedi (Ararat) və Alagöz (Araqatsotn) rayonlarında açılacaq konsulluq şöbələrinin bunun əməli təsdiqi olduğunu bildirib.
Erməni ekspertlər isə Türkiyə ilə sərhəd rayonlarında Qazaxıstanın iki konsulluq şöbəsinin açılmasını təsadüfi saymırlar. İddia edilir ki, Türkiyə ilə Ermənistan üçüncü ölkə vətəndaşları və yükləri üçün sərhədi açmağa hazırlaşır və bundan ilk növbədə türk ölkəsi – Qazaxıstan yararlanmağa çalışır.
O da yada salınıb ki, 2019-cu ildə Qazaxıstan Vedi mahalında, Naxçıvanla sərhəddə də (Vayots Dzorda) konsulluq açmışdı.
- Əli Əsədov daha bir qərar imzaladı
- Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi
- Həzi Aslanovda hazır mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
- İyulun bütün sosial ödənişləri yekunlaşdırıldı
- Tiflis istiqamətində əlavə vaqonların istismarı üçün iş aparılır
- Anar Əliyev Zəngilanda sakinlərlə görüşdü
- Külək güclənəcək - Xəbərdarlıq
- Tiflisə getmək istəyənlərə sevindirici xəbər