İranın Londondakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Mehdi Hüseyni Mətin Böyük Britaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya XİN-in məlumatında deyilir.
"Xarici işlər naziri David Kemeron bu gün İran səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb. Böyük Britaniya İranın İsrailə birbaşa və görünməmiş hücumunu, İordaniya və İraqın hava məkanını pozmasını qəti şəkildə pisləyir. Böyük gərginlik dövründə Yaxın Şərq üçün bu, İran tərəfindən son dərəcə təhlükəli və lazımsız eskalasiya idi”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan öncə İranın İordaniya, Niderland və Fransadakı diplomatları da XİN-ə çağırılmışdı.
- Əli Əsədov daha bir qərar imzaladı
- Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi
- Həzi Aslanovda hazır mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
- İyulun bütün sosial ödənişləri yekunlaşdırıldı
- Tiflis istiqamətində əlavə vaqonların istismarı üçün iş aparılır
- Anar Əliyev Zəngilanda sakinlərlə görüşdü
- Külək güclənəcək - Xəbərdarlıq
- Tiflisə getmək istəyənlərə sevindirici xəbər