Ermənistan ordusunun 20-yə yaxın müqaviləli hərbçisi Tavuşda Qazaxın kəndlərinin təhvil verilməsinə qarşı keçirilən etiraz aksiyalarına qoşulduqları üçün döyülüb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, hadisənin aprelin 26-da baş verdiyi bildirilir.
Məlumata görə, 20-yə yaxın müqaviləli hərbçi vəzifələrindən imtina edərək etirazçılara qouşulublar. Ermənistan Müdafiə Nazirliyi həmin şəxslərin məsuliyyətə cəlb ediləcəyini açıqlayıb, daha sonra ölkənin İstintaq Komitəsi bir qrup hərbçinin vəzifələrini yerinə yetirməkdən imtina etməsi ilə bağlı cinayət işinin başlandığına dair məlumat yayıb.
Saxlanılan hərbçilərə qarşı zorakılığa yol verildiyi, təhdid edildiyi bildirilir. Hətta həmin şəxslərin ağır şəkildə döyüldüyünə dair xəbərlər yayılıb.
Etirazçılara rəhbərlik edən erməni polkovnik Mihran Maxsudyan həmin vaxt hərbçilərin etirazçılara qoşulmaq istədiyini, lakin onlara məsələyə qarışmağı tövsiyə etdiyini deyib.
Erməni hərbçilərin etirazçılara dəstək olduğu görüntüləri təqdim edirik:
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!