Pirallahı rayonunda 1941-1945-ci illərdə faşizm üzərində qələbə çalan qəhrəmanlarımızın xatirəsinə həsr olunan abidənin yerində anbar tikilib.
BUTA.TV Baku TV-yə istinadən xəbər verir ki, vaxtilə burada ucaldılan heykəlin sökülməsindən və ərazidəki parkın yararsız hala düşməsindən narazı olan sakinlər yaranan vəziyyətdən narahatlıqlarını bildiriblər.
“2013-cü ildə Vasif İmanov bura icra başçısı təyin edildikdən sonra heykəl söküldü, park bərbad hala düşdü”, - deyə yerli sakin söyləyib.
Məsələ ilə bağlı ərazidə 2013-cü ildə söküntü işləri aparan Pirallahı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Samir Hüseynov bildirib ki, xatirə abidəsi şəhərin Baş planına uyğun gəlmədiyi, eyni zamanda qəzalı vəziyyətdə olduğu üçün sökülüb.
Daha ətraflı videomaterialda:
- Hikmət Həsənov uzun müddət sonra göründü - Foto
- Bakıda itkin düşən azyaşlı bacı-qardaşla bağlı dəhşətli detallar...
- Çay dərəsinə yıxılıb əzildi: belə xilas edildi - Video
- Çimərliklərdə hava necə olacaq?
- Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib
- Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - Video
- Məzunlara şad xəbər: 10 günə ala biləcəksiniz
- İrana həmin zərbədən sonra 10 000 nəfər içməli sudan məhrum oldu