Ukrayna ABŞ silahlarından Rusiya ərazisinə zərbə endirmək qadağasını ləğv etməsi üçün Co Bayden administrasiyasına təzyiq göstərir.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
Məlumata görə, Ukrayna rəsmiləri Bayden administrasiyasının sözügedən qadağanı aradan qaldırması üçün səylərini cəmləşdirir:
“Bu qadağa Xarkov vilayətinə hücuma hazırlıq zamanı Ukraynanın Rusiya mövqelərinə zərbə endirməsinin qarşısını aldı. Bir qrup ukraynalı parlamentari məsələ ilə bağlı Konqresdən kömək istəmək üçün Vaşinqtonda səfərdədir. Ukrayna rəsmiləri həftələrlə rusların Ukrayna sərhədi boyunca cəmləşdiyini izləyiblər və Vaşinqtonun siyasəti ucbatından ABŞ-ın verdiyi silahlardan qabaqlayıcı zərbə endirmək üçün istifadə edə bilməyiblər”, - nəşr bildirib.
Ukraynanın Xalqın Xidmətçisi Partiyasının rəhbəri David Araxamiyanın sözlərinə görə, əsas problem Ağ Evin siyasətinin Ukraynanın Rusiya daxilindəki hərbi hədəflərə zərbə endirmək imkanlarını məhdudlaşdırmasıdır.
“Politiko” qeyd edib ki, Rusiya da bu məhdudiyyətdən yaxşı istifadə etdi və ABŞ-ın verdiyi uzaqmənzilli taktiki raketlərlə vurulmaqdan qorxmadan ən azı 30 min hərbçi və texnikanı sərhəddə cəmləyə bildi.
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Fotolar
- Dənizkənarı yolda maşın quyuya düşdü - Video
- Fatimənin qətli: atasından mülklər qalıbmış...
- Qaradağda faciə: başına dəmir düşən kişi öldü
- Deputatdan pensiyalarla bağı mühüm izah
- Şıxlinski Azərbaycandakı məhbuslarla mübadilə ediləcək?