Təyyarəni partlatmaq istəyən şəxs cəzalanmalıdır - Smotriç
Təyyarəni qəzaya uğratmağa və 180 israillini öldürməyə cəhd edən hər kəs — istər həmin şəxs, istərsə də onu göndərən hər hansı dövlət və ya terror təşkilatı - qətl törətmiş kimi cəzalandırılmalıdır.
BUTA.TV xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.
“Xilasın böyük möcüzəsinə görə yaradılışın Rəbbinə şükür olsun. Lakin bizim borcumuz düşməni tamamilə məhv etməkdir”, - Smotriç bildirib.
Qeyd edək ki, BƏƏ-dən Təl-Əvivə uçan “Flydubai” şirkətinə məxsus təyyarə qaçırılma şübhəsi səbəbindən təcili siqnal verib. Daha sonra təyyarədə pilotlar arasında davanın baş verdiyi üzə çıxıb.
Ehtiyyac içində yaşayıram, övladlarım işsizdir - Xalq artisti