Ukrayna Avropa ölkələri və silah istehsalçıları ilə F-16 qırıcıları üçün on minlərlə mərmi almaq barədə danışıqlar aparır.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.

“Qırıcı təyyarələrdən atəş açmaq üçün 20 mm kalibrli sursatdan istifadə olunur. “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərdən fərqli olaraq, belə mərmilər bir çox ölkədə mövcuddur. Lakin Kiyevə onlardan çox böyük miqdarda lazımdır”, - mənbə bildirib.

Ukraynanın hansı ölkələrlə danışıqlar apardığı açıqlanmayıb.

Ehtiyyac içində yaşayıram, övladlarım işsizdir - Xalq artisti Ehtiyyac içində yaşayıram, övladlarım işsizdir - Xalq artisti