Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edərək ayrı-ayrı yerlərdə yağış yağacağı, güclü külək əsəcəyi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda müşahidə olunan tozlu hava səbəbindən görmə məsafəsinin azalmasını da nəzərə alaraq, sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi, küləkli havada avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərin yaxınlığında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi xahiş edir. Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq", -məlumatda qeyd olunub.
- Ölkədə dizel istehsalı beş dəfə artdı
- Azərbaycanda Vergi Xidmətinin rəis müavini işdən çıxarıldı
- Əliyev də, mən də bundan narahatıq - Putin
- Bu vəzifəli şəxslər həbs olundu - Rəsmi
- Əsəd İran və Rusiyanı şantaj edir
- Əli Kərimliyə bu cəza verildi
- Kadırov azərbaycanlı blogerə söz verdi: Toyunda... - Video
- İrəvan azərbaycanlıların hüquqlarını təmin etməlidir - XİN