Dünən Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Azərbaycan əleyhinə açıqlamalar verdi, bu gün də Rusiyanın müdafiə naziri Andrey Belousov Azərbaycana və Ermənistana mesaj yolladı. Rusiyanın yeni müdafiə naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Müdafiə Nazirləri Şurasının Almatıda keçirilən iclasında bildirdi ki, NATO ölkələri Ermənistan və Azərbaycana həyasızcasına vasitəçilik xidmətləri təklif edirlər. “Sülh müqaviləsinin yalnız Qərb platformalarında və diktə əsasında imzalanması təklif edilir” deyən Belousov Vaşinqton və Brüsselin Cənubi Qafqazda möhkəmlənməyə çalışdıqlarını vurğulayıb.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu Andrey Belousovun bugünkü açıqlaması ilə bağlı qeyd edib.
Onun sözlərinə görə, Rusiya müdafiə naziri bu açıqlama ilə NATO deyil, əslində Cənubi Qafqaz ölkələrini xəbərdar edib ki, Qərbdən uzaq dayanın:
“Kreml əvvəlkitək Cənubi Qafqazı arxa bağçası sayır və müstəqil dövlətlərin daxili işlərinə qarışmağa meyillidir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin Qərb ölkələrindən birində imzalanması Bakı və İrəvanın maraqlarına uyğun deyil, ancaq sənədin Moskvada imzalanması da tərəflərin maraqlarına cavab vermir. Moskvada imzalanan saziş Rusiyaya bölgəyə təsir etmək üçün əlavə alət qazandıracaq. Sülh və ya çərçivə sazişinin 3 məkandan birində imzalanmasına isə nə Rusiya, nə də Qərb etiraz edə biləcək. Sazişin Qazaxıstanda, Gürcüstanda və ya elə sərhəd məntəqəsində imzalanması hamının xeyrinədir”.
- AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat
- Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi
- "AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı
- Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?
- "Aqro Point"in nizamnamə kapitalı yenə azaldı
- Ələsgər Ələsgərov nazir müavini təyin olundu
- Bakı və İrəvanın danışıqları... - Tramp
- Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu