Rusiya ümid edir ki, erməni parlamentarilər Rusiya ordusunun Ukraynanın Buça şəhərində keçirdiyi əməliyyatlar nəticəsində həlak olanların siyahısını Moskvaya təqdim edəcəklər.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya XİN rəsmisi Mariya Zaxarova bugünkü brifinqdə Ermənistan nümayəndə heyətinin Kiyev vilayətinin Buça şəhərinə səfəri ilə bağlı məlumatı şərh edərkən bildirib.
“Təbii ki, Ermənistan parlament nümayəndə heyətinin əlində Kiyev rejiminin Rusiya ordusuna aid etdiyi qurbanların siyahısı var və həmin şəxslərin guya Rusiya tərəfindən öldürüldüyünü iddia edir. Biz həqiqətən ümid edirik ki, Ermənistan tərəfi siyahını Rusiya tərəfi ilə bölüşəcək. İki ildir ki, bu məlumatları təşkilatlara, o cümlədən BMT-yə təqdim edə bilmirlər”, - deyə o bildirib.
Xatırladaq ki, ötən gün Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan və İrəvanın Nor Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan Buçaya səfər ediblər.
Ermənistan rəsmiləri 509-cu memorial kompleksində qurbanların, həlak olmuş dinc sakinlərin xatirəsini yad ediblər.
- Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
- Qarabağ Universitetində ikili diplom proqramına start verilir
- Qusarda çətənə kolları yetişdirən şəxs saxlanıldı
- İlham Əliyev Ərdoğana başsağlığı verdi
- Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
- Ər-arvadın qəzada ölməsi faktı ilə bağlı cinayət işi başladı
- Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?
- 31 ton dizel olan avtomobildə yanğının qarşısı alındı